Xabi onu Londona gətirmək istəyir

13.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real”ın futbolçusu Eduardo Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

London klubunun yeni baş məşqçisi Xabi Alonso Madrid klubunda birlikdə işlədiyi fransalını yenidən sərəncamında görmək arzusundadır. “Zadəganlar” Kamavinqa üçün  80 milyon avro təklif etməyə hazırlaşır.

23 yaşlı futbolçu ötən mövsüm 43 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью