Xaçatryan 44 günlük savaşdakı itkiləri “səhvən” artırdı

05.09.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Praqada CEVRO Universitetinə səfəri zamanı 44 günlük müharibə zamanı ölkəsinin itkilərini 4800 nəfər kimi qeyd edib. Bu isə Ermənistanda müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, Ermənistan Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Ağasi Marqaryan Xaçatryanın səhv etdiyini, qurbanların sayının 3755 olduğunu açıqlayıb.

“Səhv üçün üzr istəyirik və düzəliş edirik: 44 günlük müharibədə qurbanların sayı 3755-dir”, - o bildirib.

Erməni mediası isə qeyd edib ki, son rəsmi məlumata görə, qurbanların sayı 3833 nəfərdir. Beləliklə, Ermənistan PA-nın “düzəlişi” də səhvdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью