Xaçatryan iki ay müddətinə həbs edildi

05.01.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İrəvan məhkəməsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanın iki aylıq həbsinə qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun hüquqşünaslar qrupu sosial şəbəkələrdə məlumat yayıb.
Xaçatryan 2020-ci ildə Qarabağda gedən 44 günlük müharibə zamanı məmur səhlənkarlığı ittihamı ilə İstintaq Komitəsi tərəfindən saxlanılıb.
Qeyd edək ki, Xaçatryan 2020-ci ildə müharibə zamanı Baş Qərargah rəisinin müavini olub. Eyni zamanda, ölkənin Baş naziri Nikol Paşinyanın qərarı ilə o, ölkənin ən ali mükafatına - Ermənistan Qəhrəmanı adına layiq görülüb.
Hərbi əməliyyatlar başa çatdıqdan sonra o, vəzifəsindən uzaqlaşdırılıb və hökumətin Qarabağla bağlı siyasətini tənqid etməyə başlayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью