Xaçaturyan: Bu ifadəni təkcə Əliyev yox, Tramp da deyib

03.10.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zəngəzur dəhlizi” ifadəsini təkcə Azərbaycan Prezidenti İlham Əliyev yox, ABŞ Prezidenti Donald Tramp da işlədib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan deyib.

Ermənistan Baş naziri Nikol Paşinyan və ölkənin digər rəsmilərinin bu ifadəyə etirazlarına toxunan deputat bildirib:

“Dəhliz” sözünü təkcə Əliyev deyil, Tramp da işlədib. Tramp bunu söyləyəndə Paşinyan onun yanında oturmuşdu, qoy desin, bu necə dəhlizdir”.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью