Xaçaturyan yayılan xəbərləri təkzib etdi

12.11.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Sputnik Ermənistan”a müsahibəsində deyib.

“Bu şayiələrin müəllifləri mənim ailəmi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm. Belə dezinformasiya yayanlara da cansağlığı arzulayıram”, - dövlət başçısı əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью