Xaçikyan: ABŞ İran müharibəsi Zəngəzur məsələsinin həllinə gətirib çıxaracaq

03.04.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ ilə İran arasında müharibə olarsa, bu, Ermənistan üçün ciddi təhlükə yaradacaq. Zəngəzur problemi də güc yolu ilə  həll oluna bilər.

Ölkə.Az xəbər verir ki, bunu politoloq Artur Xaçikyan deyib.

“Daxil olan məlumatlara görə, ABŞ İranla müharibəyə ciddi hazırlaşır və bölgəmizə qoşun yeridir. ABŞ-nin İranla müharibəsi elə vəziyyət yaradacaq ki, opponentlərimiz Zəngəzur məsələsinin güc yolu ilə həllinə əl atsınlar. Bütövlükdə İranın üzləşdiyi vəziyyət Ermənistan və məncə, digər ölkələr üçün də son dərəcə arzuolunmazdır. Bu, Qərbin və İsrailin regionumuzda hegemonluğu demək olacaq”, - ekspert qeyd edib.

Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью