Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Türkiyə rəsmi olaraq Ermənistan ərazisinə daxil olub. O, heç vaxt getməyəcək və Ermənistanı tədricən içindən yeyəcək”.
Tribunainfo.az bildirir ki, bu fikirləri erməni politoloq Artur Xaçikyan səsləndirib.
O qeyd edib ki, hazırda Ermənistanın İranla əlaqələri kəsilməyə başlayıb. “İndi bizim İranla əlaqəmiz kəsilib. Dəhliz genişlənəcək və Azərbaycana inteqrasiya edəcək. Erməni əhalisi bölgəni yavaş-yavaş tərk edəcək. Erməniləri Azərbaycan əhalisi əvəz edəcək”.
Fərda Uğur