Xaçınçaya sel gəldi “Hyundai” suda qaldı

12.06.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər yağan aramsız yağışlar nəticəsində Xaçınçay çayında sel yaranıb.

“Qafqazinfo” xəbər verir ki, çayı keçmək istəyən “Hyundai” markalı avtomobil güclü su axını səbəbindən hərəkətsiz qalaraq çayda batıb.

Hazırda avtomobilin sudan çıxarılması üçün aidiyyəti qurumlar tərəfindən işlər görülür.

Çayda suyun səviyyəsi isə artmaqda davam edir.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью