“Xaçmaz” ESdə 5 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal olunub

07.12.2024

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

“Xaçmaz” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu günədək ümumilikdə 5,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, modul tipli “Xaçmaz” Elektrik Stansiyası 2006-cı il dekabrın 7-də istismara verilib.

Hər birinin gücü 8,7 meqavat olan 10 ədəd qaz porşenli aqreqatdan ibarət stansiyanın ümumi qoyuluş gücü 87 meqavat təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью