Xaçmaz FACİƏ: 30 yaşlı kişi...

18.12.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Xaçmaz şəhərində 30 yaşlı kişi dəm qazından zəhərlənib.

Sfera.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью