Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xaçmaz rayonunda qatarla avtomobil toqquşub. Nəticədə avtomobilin sürücüsü dünyasını dəyişib.
Reyting.az-ın məlumatına görə, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011" markalı avtomobili hərəkətdə olan qatar vurub.
Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.