Xaçmaz Quba yolunda qəza altı nəfər yaralandı

22.11.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz-Quba avtomobil yolunda iki avtomobil toqquşub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında yolun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan iki, "QAZ-3110" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-21099" nin sürücüsü və avtomobildə olan altı nəfər, Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri bir ailənin üzvləri olan ata, ana və onların dörd qız övladları xəsarət alaraq,  Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью