Xaçmaz Quba yolunda qəza: Bir ailənin 6 üzvü xəsarət aldı

22.11.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 22-də gecə saatlarında Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, QAZ-3110 və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-21099-da olan sürücü və altı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumata görə, xəsarət alanlar Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hazırda həkimlər onun həyatını xilas etmək üçün zəruri tibbi tədbirləri davam etdirirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью