Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

27.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz rayonunda artıq 3 gündür ki, güclü külək sakinləri işıqsız qoyub.
Bizim.Media xəbər verir ki, intensiv və güclü külək rayonun enerji təsərrüfatında ciddi problemlər yaradıb. Səhər saatlarında əksər yaşayış məntəqələri işıqsız qalıb.
Xaçmaz FHK-dan sorğumuza cavab olaraq bildirilib ki, "Azərişıq" ASC-nin qəza briqadaları fəsadların aradan qaldırılması işlərini davam etdirir.
Rayonda Qusarçay, Dədəli, Palıdlı kəndlərinin və daha bir neçə kəndin işığının bərpası üçün işlər görülür.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью