Xaçmaz rayonunda güclü külək əsir: 45 dən çox kənddə işıq sönüb VİDEO

07.09.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xaçmaz rayonunda güclü küləyin əsməsi nəticəsində rayonun 10 icra nümayəndəliyinin əhatə etdiyi 45-dən çox kənddə işıq sönüb. Əksər kəndlərdə enerji sistemində  qəzalar qeydə alınıb, bəzi kəndlərdə isə təhlükəsizlik  məqsədilə işıqlar söndürülüb.
Məlumatı Bizim.Media-ya verən Xaçmaz icra hakimiyyəti başçısının 1-ci müavini Anar Oruclu bildirib ki, bəzi ərazilərdə külək ağacları aşırıb.
Saat 14-dən 16-dək güclü leysan yağacağı barədə rəsmi telefonoqramma gəlib. Rayonda vəziyyətə ciddi nəzarət olunur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью