Xaçmaz sakini bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir

28.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Niyazoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Bəxtiyar Sahib oğlu Fərzəliyev bıçaq xəsarəti alıb. Ona atası, S.Fərzəliyev xəsarət yetirməkdə şübhəli bilinir.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью