Xaçmaz sakini cinsiyyət orqanından bıçaqlanıb

15.05.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xaçmaz rayonunun Fərzəlioba kəndində bıçaqlanma hadisəsi baş verib.

News24.az bildirir ki, Shimal.News-un əldə etdiyi məlumata görə, kənd sakini, 39 yaşlı Mübariz Zahid oğlu Şıxmuradovun boyun-boğaz orqanına bıçaqla xəsarət yetirilib. Eyni zamanda zərərçəkmişin cinsiyyət orqanı kəsilib. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona xəsarət yetirən şəxsin həmkəndlisi  Səbuhi Mahmudov olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью