Xaçmaz şəhərində yol nişanlanma işləri davam etdirilir

15.08.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri davam etdirilir.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, bu dəfə şəhərin Nəsimi və N.Nərimanov küçələrində, eləcə də Xaçmaz-Quba yolunda üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Ümumilikdə 60 km-dən çox ərazidə xətləmə işləri aparılıb, 25 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью