Xaçmaza yeni polis rəisi təyin olunub AzPolitika onlayn siyasiictimai qəzet

21.12.2024

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Xaçmaz rayonuna yeni polis rəisi təyin olunub.

"Report"un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Samir Məcidov Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.

Qeyd dək ki, Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Həmid Həsənov isə digər əmrlə xidmətdə olmanın son həddi ilə əlqədar olaraq təqaüdə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью