Xaçmazda 10 mindən çox abonentin qazı kəsildi

03.09.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Xaçmaz rayonunun bir sıra yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranıb.

Bu barədə Oxu.Az-a Xaçmaz Regional Qaz İstismar İdarəsindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz xidmət sahəsinin Xudat qazpaylayıcı stansiyasından qidalanan Xudat şəhəri istiqamətində istismarda olan PE 315 mm-lik yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq bu gün saat 09:30-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı daxildən dayandırılıb.

Qaz təchizatı dayandırılan müddətdə bir şəhər, bir qəsəbə və 26 kənd olmaqla ümumilikdə 10 190 abonentin qaz təchizatında fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью