Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Xaçmazda 20 yaşlı gəncin meyiti tapılıb.
“Unikal”ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz şəhəri Sara Xatun küçəsində qeydə alınıb.
Xaçmaz sakini 2000-ci il təvəllüdlü Ayxan Rəhmanovun cansız bədəni yaşadığı evin mətbəxində tapılıb.
İlkin ehtimala görə, o mətbəxdə olan qaz xəttində baş verən sızmadan boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca