Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var VİDEO AZƏRTAC

21.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaçmaz, 21 noyabr, AZƏRTAC

Gəndob-Yalama avtomobil yolunun Xaçmazdan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nərəcan kəndi ərazisində baş verən hadisə zamanı 2 minik, 1 yük avtomobili və Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən sərnişin avtobusu toqquşub.

Qəza nəticədə 2 yaşlı uşaq ölüb, 3 nəfər yaralanıb. Sərnişin avtobusunda olanlar xəsarət almayıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью