Xaçmazda 53 yaşlı qadının meyiti tapılıb

22.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmaz rayonunda qadın meyiti tapılıb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evində rayon sakini 1971-ci il təvəllüdlü Həcər Sultanovanın cansız bədəni aşkar edilib.

Qadının meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Onun ölümündə cinayət tərkibinin olub-olmadığını Xaçmaz rayon prokurorluğu araşdırır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью