Xaçmazda 59 yaşlı qadın özünü evində asdı

19.11.2024

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənova Məlahət İbrahim qızı yaşadığı evdə özünü asıb.

Bakupost.az xəbər veirir ki, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi onun xəstəlik ağrılarına dözə bilməməsi olub. M.Həsənova bundan öncə bir neçə dəfə intihara cəhd edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью