Xaçmazda 60 yaşlı kişini avtomobil vuraraq öldürdü

12.05.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qobuqıraq kəndindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ” markalı minik avtomobili piyada  1966-cı il təvəllüdlü T.Məmədovu vurub. Yaralı aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.

Asiman Qaraca
 



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью