Xaçmazda 7 kiloqram narkotik və 1 tapança aşkarlandı FOTO

28.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 28 yaşlı Əli Abbasov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxsdən 7 kiloqram marixuana aşkarlanıb.

Bundan başqa keçirilən digər tədbir zamanı rayon sakini 21 yaşlı Həzrət Atakişiyevdən qanunsuz olaraq əldə edib özündə saxladığı 1 ədəd “Makarov” markalı tapança da aşkarlanıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью