Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb

09.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz rayonunda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü M.M yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью