Xaçmazda ağıq qəza ölən və yaralananlar var

09.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Xaçmaz rayonun Yergüc kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Xaçmaz - Quba avtomobil yolunun Yergüc kəndindən keçən hissəsində Üçgün kənd sakini 1970-ci il təvəllüdlü Hafizov Elçin Bahəddin oğlu yolu keçərkən "Opel" markalı minik avtomobili onu vurub.

E.Hafizov aldığı müxtəlif dərəcəli xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Avtomobildə olan sərnişinlər - 1989-cu il təvəllüdlü İbrahimov Eldəniz Musa oğlu və 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Babək oğlu müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью