Xaçmazda ağır qəza: 4 nəfər xəsarət aldı

04.05.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Yaquboba kəndi ərazisindən keçən hissəsində "Daevo Neksia" markalı avtomobil aşıb. Qəza nəticəsində 4 nəfər Xaçmaz rayonu Yalama kənd sakinləri ağır xəsarətlər alıblar. Onlardan biri azyaşlıdır.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью