Xaçmazda ağır qəza: azyaşlı öldü

21.11.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Opel” markalı minik avtomobili hərəkətdə olan “Ford” markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinin yoluna atıb.

Nəticədə bir nəfər azyaşlı ölüb, üç nəfər isə yaralanıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Fakyla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью