Xaçmazda ağır qəza Azyaşlı öldü, 3 nəfər yaralandı

21.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı mikroavtobusa çırpılaraq onu hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb. 

Nəticədə 1 nəfər azyaşlı ölüb, 3 nəfər isə yaralanıblar. Yaralılar Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью