Xaçmazda ağır qəza: Azyaşlı öldü, 3 nəfər yaralandı FOTO

21.11.2024

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı mikroavtobusa çırpılaraq onu hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb. 

Nəticədə 1 nəfər azyaşlı ölüb, 3 nəfər isə yaralanıblar. Yaralılar Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (APA). 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью