Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.
Avtosfer.az xəbər verir ki, Xaçmaz şəhərinin Bakı prospektində, mərkəzi dairədə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyadanı yük avtomobili vurub.
Nəticədə ağır xəsarətlər alan kişi hadisə yerində ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Video: bizim.media