Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin giriş hissəsində qeydə alınıb. Belə ki, “BMW” markalı minik avtomobili Ağçayın üzərindəki körpünün məhəccərini qıraraq çay dərəsinə düşüb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Bayramov Vüsal Tahir oğlu, sərnişinlər 1983-cü il təvəllüdlü Mənsumov Samir Pirverdi oğlu və Anar Məmmədov hadisə yerində həlak olublar. Hadisə zamanı avtomobildə digər şəxslərin olub-olmadığını müəyyən etmək məqsədi ilə qəza baş verən ərazidə axtarış işləri davam etdirilir.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Qəza nəticəsində avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Bayramov Vüsal Tahir oğlu, sərnişinlər 1983-cü il təvəllüdlü Mənsumov Samir Pirverdi oğlu və Anar Məmmədov hadisə yerində həlak olublar. Hadisə zamanı avtomobildə digər şəxslərin olub-olmadığını müəyyən etmək məqsədi ilə qəza baş verən ərazidə axtarış işləri davam etdirilir.
AzVision.az