Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

09.11.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmazda avtomobil piyadanı vurub, ölən və yaralananlar var.

Gununsesi.info xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.

“Opel” markalı minik avtomobili Xaçmaz rayonunun Üçkün kənd sakini Elçin Hafizovu vurub.

Piyada hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – 1989-cu il təvəllüdlü Musa İbrahimov və 2006-cı il təvəllüdlü Səbuhi Həsənov müxtəlif dərəcəli xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью