Xaçmazda avtomobil, Salyanda ev yandı

16.12.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaçmazda avtomobil yanıb.
Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Nabran kəndində baş verib. Yanğın nəticəsində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. 
 

Salyanda isə ev yanıb. Belə ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 22 m² sahədə və dam örtüyünün taxta atmaları 90 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin plastikdən ibarət 1 ədəd pəncərə çərçivəsi əriyib.


Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью