Xaçmazda avtomobil süpürgəçini vuraraq qaçıb

07.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bu gün səhər saatlarında Xaçmazın mərkəzi dairəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, "Volqa" markalı minik avtomobili Xaçmaz şəhər sakini 62 yaşlı Bahadırova Nənəxanım Murad qızını vurub.

Hadisə nəticəsində müxdəlif dərəcəli bədən xəsarətləri alan qadın Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin süpürgəçisidir.

Onu vuran sürücünün kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью