Xaçmazda avtomobil təmiri sexi və kafe yanıb

04.09.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Xaçmaz şəhərində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 900 m² olan 11 boksdan ibarət avtomobil təmiri sexində sahəsi 50 m² olan boksun yanar konstruksiyaları və bitişik sahəsi 48 m² olan kafenin yanar konstruksiyaları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью