Xaçmazda avtomobilin ağaca çırpılması ölümlə nəticələnib

31.08.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

XQ xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"BMW-X6" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb.

Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri - 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью