Xaçmazda avtomobillər və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb

10.03.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaçmazda avtomobillərdən və evdən oğurluq edən dəstə üzvləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslərin qabaqcadan əlbir olaraq rayon ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, səs gücləndiricilər, akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları oğurladıqları müəyyən edilib.

Hadisələri törətməkdə şübhəli bilinən Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью