Icma.az, Oxu.az saytına istinadən bildirir.
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun adıçəkilən rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz sakini, 1999-cu il təvəllüdlü Cavidan Abdullayev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçmək istəyən həmyerlisi Tofiq Hacıbala oğlu Almazovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.