Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi oktyabrın 19-da Xaçmaz rayonu ərazisində qeydə alınan zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
Bizim.Media-nın Şimal bürosunun verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Şimal Regional Mərkəzinin Operativ Məlumat Şöbəsinə daxil olan bildirişdə deyilir:
“AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 19.10.2026-cı il tarixində yerli vaxtla saat 11:27-də Quba seysmik stansiyasından 52 km şimal-şərqdə, Xəzər dənizində 18 km dərinlikdə 3,5 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu