Xaçmazda bir gündə mindən çox şam ağacı əkilib

04.04.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmazda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya çərçivəsində Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Yalama kəndi ərazisində keçən hissəsinin kənarlarında mindən çox şam ağacı əkilib. Yeni əkilən tinglərə aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb.

Aksiyanın əsas məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью