Xaçmazda BMW yol kənarında dayanan avtomobillərə çırpıldı FOTO/VİDEO

27.12.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmazda zəncirvari qəza baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, şəhərin N.Nərimanov küçəsində 6 avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan "BMW" markalı minik avtomobili qarşı zolağda hərəkət edən və yol kənarında dayanan avtomobillərə çırpılıb. Qəza zamanı bir nəfər müxtəlif dərəcəli  bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью