Xaçmazda çaqqallar insanlara hücum etdi

10.08.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью