Xaçmazda cip hərbçini vurub öldürdü

11.02.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmazda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə fevralın 9-da Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində baş verib.

“Toyota” markalı avtomobil yolu keçən piyada Şeydabəy Qəhrəmanovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mediada yayılan məlumata görə, mərhum Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Onun məzuniyyətə gəldiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью