Xaçmazda daha bir süpürgəçini maşın VURDU

07.11.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xaçmazda daha bir süpürgəçi qadını maşın vurub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz şəhərində "Volqa" markalı avtomobil 62 yaşlı Bibixanım Bahadurovanı vurub.
Ağır xəsarət alan yaşlı qadın rayon xəstəxanasına yerləşdirilib. Hadisəni törədən sürücünün qaçdığı deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Xaçmazda süpürgəçi qadını maşın vurub öldürmüşdü.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью