Xaçmazda dəhşətli qəza: BMW dərəyə düşdü 5 ölü var

06.11.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz rayonunda ağır yol qəzası baş verib. Hadisə gecə saat 1 radələrində Gəndab-Yalama yolunun Xaçmaz rayonunda yerləşən Ağçay körpüsündən keçən hissəsində  qeydə alımıb.
Sürətlə gələn 77 HR 124 dövlət nömrə nişanlı "BMW" markalı avtomaşın körpüdən Ağçayın üzərindəki körpüdən aşaraq dərəyə düşüb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, ölənlər 41 yaşlı Anar Rəhman oğlu Məmmədov, Samir  Pirverdi oğlu Məhsimov və Vüsal Tahir oğlu Bayramovdur.
32 yaşlı Vüsal Bayramovun avtomaşının sürücüsü olduğu deyilir.
Onların meyiti ərazidən tapılıb. Avtomaşında daha 2 nəfərin  olduğu deyilir. Onların da meyiti axtarılır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью