Xaçmazda divarlara narkotik təbliğ edən yazılar yazanlar saxlanıldı

22.08.2026

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazılması ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Hurriyyet.Media  bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью