Xaçmazda əməliyyatlar zamanı iki nəfər saxlanıldı

16.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayon sakinləri Kamal Hacıyev və Əlixan İsmayılov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью